Geri

FHN Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni bölməsinin açılışı olub

18 fevral 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 5 nömrəli Yanğından Mühafizə Bölməsinin açılışı olub.

Bölmənin açılış mərasimində fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev iştirak edib.

Nazir müavini yüksək standartlara cavab verən müasir texnika və avadanlıqlarla təchiz olunmuş binanın açılışını bildirən rəmzi qırmızı lenti kəsib, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkilləri olan stend, dispetçer, tədris və istirahət otaqları, yeməkxana ilə tanış olub. O, şəxsi heyəti yeni bölmənin açılışı münasibətilə təbrik edərək uğurlar aruzlayıb, həmçinin müvafiq tapşırıq və tövsiyələrini verib. O, qeyd edib ki, Binəqədi rayonunun Xocahəsən qəsəbəsində yeni bölmənin istifadəyə verilməsi bu ərazidə yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi, yanğınsöndürmə və xilasetmə tədbirlərinin operativ həyata keçirilməsi işini asanlaşdıracaq.

 

 

 

 

 

 

 

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu

FHN tərəfindən dezinfeksiya işləri davam etdirilir (Video - Foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) geniş yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı cənab İlham Əliyevin göstərişi əsasında......

Ardını oxu