Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilmişdir

8 fevral 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində 2018-ci ildə görülmüş işlərin və cari ildə qarşıya qoyulmuş vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev iştirak etmişdir.

Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov ötən ilin yanğın hadisələrini təhlil edərək nəzərə çatdırmışdır ki, 15229 yanğın hadisəsinin söndürülməsinə ümumilikdə 152290 əməkdaş, 32087 yanğınsöndürmə texnikası cəlb olunmuş, yanğınların söndürülməsi zamanı 2401 obyekt - 129 dövlət, 351 özəl obyekt,  321 çoxmənzilli bina, 591 fərdi ev, 522 yardımçı tikili, 487 ədəd müxtəlif təyinatlı texnika yanğından mühafizə edilmişdir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev müşavirədə çıxış edərək respublikamızda yanğından mühafizə qurumlarının döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasının vacibliyini bildirmişdir. Nazir müavini yanğınların ləğv edilməsi, qəzaların nəticələrinin aradan qaldırılması zamanı və digər mürəkkəb xarakterli xüsusi şəraitlərdə qüvvə və vasitələrin bacarıqla idarə olunması ilə bağlı tövsiyələrini vermişdir.        

Etibar Mirzəyev, həmçinn Xəzər dənizi akvatoriyasında neft və qaz sənayesi obyektlərinin yanğın təhlükəsizliyini təmin edən yanğından mühafizə qurumlarının fəaliyyətinin daha da gücləndirilməsinin əhəmiyyətindən danışmışdır.

Digər məlumatlar

FHN-ə işə qəbulla əlaqədar müsabiqədə iştirak etmiş vətəndaşların nəzərinə!

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar 16-18 aprel 2019-cu il tarixlərində nazirliyin Gəncə Regional Mərkəzinin əhatə etdiyi rayonlar üzrə Gəncə şəhərində, Şimal-qərb Regional Mərkəzinin əhatə etdiyi rayonlar üzrə Qəbələ şəhərində... ...

Ardını oxu

FHN matros-xilasedici vəzifəsinə müsabiqə elan edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir. ...

Ardını oxu

FHN işə qəbulla əlaqədar növbəti müsabiqə elan edir (Video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə davam edir. ...

Ardını oxu