Geri

Nazir müavini Etibar Mirzəyev NATO-nun Təbii Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika Koordinasiya Mərkəzinin regional əlaqələndiricisi Vanhamme Villem ilə görüşüb

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev 3-8 noyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda keçirilən beynəlxalq regional təlimdə iştirak edən NATO-nun Təbii Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika Koordinasiya Mərkəzinin regional əlaqələndiricisi Vanhamme Villem ilə görüşüb.

Qonağı salamlayan nazir müavini Etibar Mirzəyev FHN-in Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin INSARAG sinifləndirilməsi məqsədilə həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib, Bakıda təşkil olunan “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq regional təlimin əhəmiyyətindən danışıb. Nazir müavini NATO və onun qurumları ilə mülki fövqəladə planlaşdırma sahəsində əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu bildirərək əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Qonaq isə öz növbəsində NATO-nun Təbii Fəlakətlərə Cavabvermənin Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəzi ilə Azərbaycanın uyğun qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsinin məqsədəuyğun olduğunu bildirib.

Görüşdə hər iki qurum arasında əməkdaşlığın vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Foto - Yenilənib)

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında mümkün təkrar lokal alovlanmanın qarşısının alınması üçün FHN-in müvafiq qüvvələri tərəfindən ərazidə söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video - Yenilənib)

FHN-in müvafiq qüvvələri tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi işləri davam etdirilir. Yanğının söndürülməsi məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd "BE-200ÇS" tipli təyyarəsi cəlb olunub. Əlavə məlumat veriləcək....

Ardını oxu