Geri

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir.

Görülmüş tədbirlər nəticəsində ötən 9 ay ərzində ümumi sahəsi 4 531 002 m2 olan 46651 mənzilli, ümumilikdə 893 girişli 233 binaya (kompleksə) dair müsbət rəy verilib. 218 -i Bakı şəhəri, 8-i Abşeron rayonu, 1-i Sumqayıt şəhəri, 4-ü Gəncə şəhəri, 1-i Mingəçevir şəhəri, 1-i isə Zərdab rayonunda  yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon, Sumqayıt Şəhər, Gəncə Şəhər, Mingəçevir Şəhər və Zərdab Rayon İcra hakimiyyətlərinə təqdim olunub.

Aparılmış müayinələr nəticəsində aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə işlərin Fərmanla müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədilə mövcud çatışmazlıqları qalan yaşayış binalarının sifarişçilərinin və həmin binalarda yaşayan sakinlərin bir qisminin iştirakı ilə 28, 30 oktyabr və 1 noyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində görüşlər keçirilib. Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının, Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, “Azərsu” ASC-nin, SOCAR “Azəriqaz” İB-nin və “Azərişıq” ASC-nin səlahiyyətli şəxslərinin iştirak etdikləri görüşlərdə hər bir bina üzrə mövcud vəziyyət təhlil edilib və nöqsanların aradan qaldırılması istiqamətində görülən işlərin müzakirəsi aparılıb.

Qeyd edək ki, Fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir və görülən işlər ölkə başçısının nəzarəti altındadır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

14 dekabr 2019-cu il tarixində saat 17:29-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "3-cü mikrorayon bazarı" kimi tanınan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 4 dəqiqə sonra, yəni saat 17:33-də ilk yanğınsöndürmə briqadaları hadisə yerinə çatıb. Yanğının mürəkkəbliyinə,......

Ardını oxu

FHN Dövlət Yanğından Mühafizə Xidmətində “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib

13 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə cari ilin 10 dekabr tarixində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

11 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Heydər Əliyev məktəbinin lektoriyası”nın ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məşğələsi keçirilib. Lektoriyanın qonağı siyasi elmlər doktoru, professor, Milli Məclisin deputatı Elman Nəsirov olub. ...

Ardını oxu