Geri

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

20 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabla görüşüb.

Nazir qonağı salamlayaraq yeni səfir təyin olunması münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. 

Azərbaycan Respublikası ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın işinə toxunan nazir Kəmaləddin Heydərov hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi sayəsində ölkələrimiz arasında bütün istiqamətlərdə əlaqələrin genişləndiyini diqqətə çatdırıb. O, həmçinin, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə də qonağa geniş məlumat verərək, fəlakətlərin idarə olunması sahəsində ölkəmizdə son illər görülmüş işlərdən danışıb.

Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab, öz növbəsində, səmimi görüşə görə təşəkkürünü bildirərək, Azərbaycan və Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda fəaliyyət göstərəcəyi müddətdə bu əlaqələrin daha da inkişafı üçün öz tərəfindən səy göstərəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

11 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Heydər Əliyev məktəbinin lektoriyası”nın ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məşğələsi keçirilib. Lektoriyanın qonağı siyasi elmlər doktoru, professor, Milli Məclisin deputatı Elman Nəsirov olub. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Foto)

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında mümkün təkrar lokal alovlanmanın qarşısının alınması üçün FHN-in müvafiq qüvvələri tərəfindən ərazidə söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Foto)

Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb......

Ardını oxu