Geri

FHN-in Akademiyasında beynəlxalq regional təlim keçiriləcək

3-8 noyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən FHN Akademiyasında beynəlxalq regional təlim keçiriləcəkdir. Beynəlxalq təlimin keçirilməsində əsas məqsəd baş verə biləcək fövqəladə hallara aidiyyəti dövlət qurumları tərəfindən çevik reaksiya verilməsi, axtarış-xilasetmə əməliyyatlarının vaxtında və səmərəli həyata keçirilməsi, kömək üçün gələn beynəlxalq dəstələrin fəaliyyətinin əlaqələndirilməsi sahəsində təlim iştirakçılarının peşəkar fəaliyyətinin təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

Digər məlumatlar

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

20 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabla görüşüb. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

15 noyabr 2019-cu il tarixində saat 01:34 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 16 ünvanında yerləşən 29/42 saylı 17 mərtəbəli mansard tipli yaşayış binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

Nazir müavini Etibar Mirzəyev NATO-nun Təbii Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika Koordinasiya Mərkəzinin regional əlaqələndiricisi Vanhamme Villem ilə görüşüb

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev 3-8 noyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda keçirilən beynəlxalq regional təlimdə iştirak edən NATO-nun Təbii Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika......

Ardını oxu