Geri

FHN Mətbuat xidmətinin məlumatı

15 noyabr 2019-cu il tarixində saat 01:34 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 16 ünvanında yerləşən 29/42 saylı 17 mərtəbəli mansard tipli yaşayış binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində yanğının daha geniş əraziyə yayılmasının və baş verə biləcək ciddi fəsadların qarşısı alınıb. Yanğın zamanı 77 nəfər bina sakini yanğınsöndürənlər və xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Tüstüdən zəhərlənmiş 15 nəfərə Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən ilkin tibbi yardım göstərilib. 

Yanğın saat 03:15 dəqiqədə yanğınsöndürmə qüvvələri tərəfindən söndürülüb. Yanğın nəticəsində binanın ümumi sahəsi 950 m² olan dam örtüyünün yanar konstruksiyaları 112 m² sahədə, mansardında hər birinin sahəsi 64 m² olan 2 mənzilin yanar konstruksiyaları və ev əşyaları ümumilikdə 90 m² sahədə, şaxta boyunca elektrik kabelləri 60 p.m. və 106 ədəd elektrik sayğacı yanıb.Binanın dam örtüyünün, mansardının qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Digər məlumatlar

FHN-in Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

17 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. ...

Ardını oxu

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasına dair məlumat

Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video)

11 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonunun......

Ardını oxu