Geri

Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Türkiyədə səfərdə olub

Tikintidə qiymətqoyma və smeta-normativ sisteminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası ərazisində qiymətqoymanın resurs metodunun tətbiqi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Aparılan işlər çərçivəsində Türkiyə Respublikasının Ətraf Mühit və Şəhərsalma Nazirliyinin dəvəti ilə cari ilin 26-30 oktyabr tarixlərində “Tikintidə vahid qiymətlər və BİM-texnologiyalar” mövzusunda keçirilən beynəlxalq konfransda və praktiki seminarda iştirak etmək məqsədilə Fövqəladə Hallar nazirinin müavini general-leytenant Ragim Lətifovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Türkiyə Respublikasının Antalya şəhərində səfərdə olub.

Konfransda R.Lətifov məruzə ilə çıxış edərək tikintidə dövlət nəzarəti məsələləri və həmçinin, tikintidə smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi üzrə aparılan tədbirlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.

Konfransın işində iştirak edən Türkiyə, Qazaxıstan, Belarus və Ukrayna respublikalarının, Rusiya Federasiyasının və digər ölkələrin mütəxəssisləri ilə tikintidə smeta normalaşdırılması və qiymətqoyma, BİM texnologiyaları və digər müvafiq məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, bildiririk ki, MDB ölkələrinin tikinti fəaliyyətində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının tikinti fəaliyyətində qiymətqoyma Komissiyasının sədrinin 17 sentyabr 2019-cu il tarixli 48 nömrəli dəvət məktubuna əsasən Komissiyanın növbəti 12-ci iclasının həmin konfrans çərçivəsində cari ilin 26-30 oktyabr tarixlərində Türkiyə Respublikasının Antalya şəhərində keçirilməsi və həmin iclasda Komissiya üzvləri olan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşlarının iştirak etməsi təklifi daxil olub. Komissiya sədrinin müavini, Agentliyin Elm, texnika və smeta normaları şöbəsinin müdiri Qumalat Babayev həmin konfrans çərçivəsində keçirilən Komissiyanın növbəti 12-ci iclasına sədrlik edib.

Digər məlumatlar

FHN-in çimərliklərdən istifadəyə dair əhaliyə müraciəti (Video)

Çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (yenilənib - Video)

Xəbər verildiyi kimi, bu gün Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddətdə söndürülüb......

Ardını oxu