Geri

Fövqəladə Hallar Nazirliyində NATO Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilib

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyində nazir müavini general-leytenant Etibar Mirzəyev ölkəmizdə “NATO günləri” çərçivəsində səfərdə olan Alyansın Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan nazir müavini Etibar Mirzəyev Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti və fövqəladə hallar zamanı milli idarəetmə sistemi haqqında qonaqlara ətraflı məlumat verib. O, fövqəladə hallar sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq humanitar əməliyyatlarda Azərbaycan Respublikasının təmsil olunması məqsədi ilə Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin yaradıldığını diqqətə çatdırmaqla yanaşı, qeyd olunan təlimin Beynəlxalq dəstənin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (İNSARAG) sinifləndirilməsindən keçirilməsinə hazırlığında mühüm rol oynayacağını bildirib. Etibar Mirzəyev qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi NATO-nun təşkil etdiyi muvafiq beynəlxalq təlimlərdə iştirak edir və bu əməkdaşlıqda maraqlıdır. Həmçinin, nazir müavini vurğulayıb ki, Azərbaycanın 20 faiz torpağı ermənilər tərəfindən işğal altındadır. Düşmən mütəmadi atəşkəsi pozmaqla və işğal altındakı ərazilərdə yanğınlar törətməkdə məşğuldur. Yanğınların nəticəsi olaraq istər yaşayış məskənləri, istərsə də əkin sahələri daim təhlükə altındadır. Fövqəladə Hallar Nazirliyinin qüvvələri baş verən bu yanğınların nəticələrinin aradan qaldırılması məqsədilə gücləndirilmiş iş rejimində çalışır.

Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan səmimi görüşə görə təşəkkür edərək, əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq təlimlərin hazırlığı ilə bağlı göstərilən birgə səylərin öz töhvəsini verəcəyindən əmin olduğunu ifadə edib. Natiq Fövqəladə Hallar Nazirliyinin beynəlxalq axtarış-xilasetmə, habelə təlimlərdə iştirakından məmnunluğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Digər məlumatlar

FHN-in çimərliklərdən istifadəyə dair əhaliyə müraciəti (Video)

Çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (yenilənib - Video)

Xəbər verildiyi kimi, bu gün Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddətdə söndürülüb......

Ardını oxu