Geri

FHN Mətbuat xidmətinin məlumatı (Video)

8 oktyabr 2019-cu il tarixində Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin 1 ədəd helikopteri cəlb edilməklə müvafiq qüvvələri tərəfindən davam etdirilir. Hadisə ilə əlaqədar Qazaxıstan Daxili İşlər Nazirliyinə, Rusiya Fövqəladə Hallar Nazirliyinə və Türkmənistan Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müraciət olunub. Həmçinin, xilas olunmuş 3 nəfər balıqçıdan biri hadisə yerinin bir daha dəqiqləşdirilməsi məqsədilə helikopterdə axtarış-xilasetmə işlərinə cəlb olunub.
Axtarışlar nəticəsində “ABA1074” seriyalı kiçik həcmli motorlu qayıq yararsız hala düşmüş vəziyyətdə tapılıb, lakin ərazidə insan faktoru aşkar olunmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

Digər məlumatlar

FHN-in Mətbuat xidmətinin məlumatı (Video)

22 noyabr 2019-cu il tarixində saat 03:49-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Biləsuvar rayonu, Ələt-Astara yolunun 102-ci kilometrliyində avtomobil yanması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. ...

Ardını oxu

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir. ...

Ardını oxu

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

20 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabla görüşüb. ...

Ardını oxu