Geri

Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun Mətbuat xidmətlərinin MƏLUMATI

Yanvarın 9-da saat 03 radələrində paytaxtın Yasamal rayonu, Tolstoy küçəsi, ev 40-da yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olmuşdur.

Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin, Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin, rayon polis idarəsinin və rayon prokurorluğunun əməkdaşları gəlmiş, yanğın söndürüldükdən sonra ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilmişdir.

Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, partlayış nəticəsində həmin ünvanda yaşayan Aydın Məmmədov, arvadı Xuraman Məmmədova və qızı Aygün Məmmədova aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat etmişlər.

Baxış zamanı həmçinin, fərdi yaşayış evinin yataq otağında divarda yerləşdirilmiş evi qızdırmaq üçün istifadə edilən, nəzarət kranları açıq vəziyyətdə olan 1 ədəd qaz sobası aşkar edilmişdir.

İlkin ehtimala görə partlayış qaz sızması nəticəsində baş vermişdir.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, məhkəmə tibbi, yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizaları təyin olunmuşdur.

Hazırda təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

14 iyun 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyev məktəbinin lektoriyası”nın növbəti məşğələsi keçirilib. Lektoriyanın qonağı Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov olub. ...

Ardını oxu

FHN-in rəhbərliyi tərəfindən Şəki, Zaqatala və Balakən şəhərlərində vətəndaşların qəbulunun tarixi dəyişib

14 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən Şəki şəhərində, nazirin birinci müavini Rəfail Mirzəyev tərəfindən Balakən şəhərində və nazir müavini Etibar Mirzəyev tərəfindən Zaqatala şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi dəyişib. Qəbul barədə əlavə məlumat veriləcəkdir....

Ardını oxu

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü mütərəqqi siyasətin bir hissəsi olaraq ölkəmizdə baş verən müxtəlif təbii və texnogen xarakterli fövqəladə hadisələrdən zərər çəkən vətəndaşların sağlamlığına və mülkiyyətinə dəyən ziyanın aradan qaldırılması ilə bağlı yüksək səviyyədə dövlət dəstəyi göstərilir. Son illər ardıcıl olaraq göstərilən bu dəstəyin......

Ardını oxu