Geri

Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun Mətbuat xidmətlərinin MƏLUMATI

Yanvarın 9-da saat 03 radələrində paytaxtın Yasamal rayonu, Tolstoy küçəsi, ev 40-da yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olmuşdur.

Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin, Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin, rayon polis idarəsinin və rayon prokurorluğunun əməkdaşları gəlmiş, yanğın söndürüldükdən sonra ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilmişdir.

Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, partlayış nəticəsində həmin ünvanda yaşayan Aydın Məmmədov, arvadı Xuraman Məmmədova və qızı Aygün Məmmədova aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat etmişlər.

Baxış zamanı həmçinin, fərdi yaşayış evinin yataq otağında divarda yerləşdirilmiş evi qızdırmaq üçün istifadə edilən, nəzarət kranları açıq vəziyyətdə olan 1 ədəd qaz sobası aşkar edilmişdir.

İlkin ehtimala görə partlayış qaz sızması nəticəsində baş vermişdir.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, məhkəmə tibbi, yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizaları təyin olunmuşdur.

Hazırda təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Digər məlumatlar

Nazir müavini Etibar Mirzəyev NATO-nun Təbii Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika Koordinasiya Mərkəzinin regional əlaqələndiricisi Vanhamme Villem ilə görüşüb

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev 3-8 noyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda keçirilən beynəlxalq regional təlimdə iştirak edən NATO-nun Təbii Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika......

Ardını oxu

“Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq regional təlim uğurla başa çatdı

3-8 noyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən FHN Akademiyasında “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda keçirilən beynəlxalq regional təlimə yekun vurulub. ...

Ardını oxu

Nazir müavini Etibar Mirzəyev Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin nümayəndə heyəti ilə görüşüb

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev 3-8 noyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında... ...

Ardını oxu