Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Polşa Respublikasında səfərdə olmuşdur

Sentyabrın 4-də fövqəladə hallar naziri, Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşa Respublikasında səfərdə olmuşdur. 

Səfər çərçivəsində Polşa Respublikasının hökumət nümayəndələri ilə görüşlər keçirilmiş,  səmərəli müzakirələr aparılmışdır.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Polşanın xarici işlər naziri Yatsek Çaputoviç, sahibkarlıq və texnologiya naziri, Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri Yadviqa Emileviç, infrastruktur nazirinin müavini, Azərbaycan Respublikası – Polşa Respublikası nəqliyyat və logistika işçi qrupunun Polşa tərəfindən həmsədri Andjey Bittel ilə görüşmüşdür. Görüşlərdə Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində müvafiq sahələr üzrə əməkdaşlığın inkişafı və Komissiyanın növbəti iclasına hazırlıqla bağlı bir sıra məsələlər müzakirə edilmişdir. Həmçinin, görüşlər zamanı iki ölkə arasında iqtisadi, ticarət və investisiya sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Səfər çərçivəsində Azərbaycan-Polşa iqtisadi “dəyirmi masası” keçirilmişdir. “Dəyirmi masa”da ölkələrimiz arasında iqtisadi inkişafın hazırki səviyyəsi müzakirə edilmiş, mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

20-28 iyul 2019-cu il tarixlərində Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar təhlükəsizliyin aidiyyəti üzrə təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq....

Ardını oxu

Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatı

İyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın, təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb......

Ardını oxu

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yeni Yanğından mühafizə hissəsinin açılışı olub

12 iyul 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından mühafizə hissəsinin açılışı olub. Açılış mərasimində Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev iştirak edib. ...

Ardını oxu