Geri

FHN-in Akademiyasında andiçmə mərasimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 14 sentyabr 2018-cı il tarixində ilkin hərbi hazırlığı başa vurmuş kursantların təntənəli andiçmə mərasimi keçirilmişdir.

Mərasimdə fövqəladə hallar nazirinin müavinləri  - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, genral-leytenant Etibar Mirzəyev, Nazirliyin məsul şəxsləri, kursantların vaildeynləri iştirak etmişlər.

Tədbirdən öncə Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyev və görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş, Şəhidlər Xiyabanında uyuyan Vətən övladlarının məzarları üzərinə gül-çiçək dəstələri düzmüşlər.

Sonra mərasim Fövqəladə Hallar Nazirliyinin Akademiyasında davam etmişdir. Tədbir iştirakçıları əvvəlcə Akademiyanın həyətində ucaldılmış ümummili lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, Dahi Rəhbərin xatirəsini ehtiramla yad etmişlər.

Daha sonra Akademiyanın rəisi general-mayor Pənah Süleymanov tədbir iştirakçılarını andiçmə münasibətilə təbrik edərək tədbiri açıq elan etmişdir.

Azərbaycan Respublikasının Dövlət himni səslənmiş, Dövlət bayrağı meydana gətirilmişdir. İlkin hərbi hazırlığı başa vurmuş kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içmişlər.

Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə kursantları və onların vaildeynlərini andimçə münasibətilə təbrik edərək təhsildə və xidmətdə uğurlar arzulamışdır.

Mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev qeyd etmişdir ki, hələ sovet hakimiyyəti illərində milli hərbi kadrların hazırlanması məqsədilə müdrik rəhbər Heydər Əliyevin  təşəbbüsü və təşkilatçılığı ilə C.Naxçıvanski adına hərbi məktəb açılmış, gənclərimiz hərbi təhsil üçün SSRİ-nin müxtəlif nüfuzlu ali təhsil ocaqlarına göndərilmişlər. Ümummilli Lider hakimiyyətə qayıtdıqdan sonra da hərbi kadrların hazırlanması istiqamətində daha geniş miqyaslı işlər görülmüş və bu müdrik siyasət Ulu Öndərin layiqli davamçısı, Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nazir müavini bildirmişdir ki, dövlət başçısının xüsusi qayğısı və diqqəti nəticəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında da yüksək səviyyəli peşəkar kadrların hazırlanması üçün hərtərəfli şərait yaradılmışdır. E.Mirzəyev  andiçmə mərasiminin Bakının 1918-ci il sentyabrın 15-də “Sentrokaspi diktaturası” hökumətindən azad edilməsinin 100-cü il dönümü ərəfəsində keçirildiyini xatırlatmış, kursantların da hər bir gənc kimi babalarımızın uğrunda döyüşdüyü, şəhid olduğu müqəddəs dəyərlərə sahib çıxmalı olduqlarını diqqətə çatdırmışdır. Nazir müavini kursantları təbrik etmiş, uğurlar arzulamışdır.

FHN-in Akademiyasının rəisi general-mayor Pənah Süleymanov bildirmişdir ki, Azərbaycanda vətənpərvər, yüksək intellektual səviyyəyə və müasir dünya görüşünə malik peşəkar kadrların yetişdirilməsi daim ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində də bu gün cəmiyyətin müxtəlif sahələrində, o cümlədən Fövqəladə Hallar Nazirliyinin sturkturlarında yüksək səviyyəli peşəkar kadrlar çalışır.

Akademiyanın kursantı İlqar Əliyev kursantlar adından çıxış edərək FHN Akademiyasında  təhsil alacağından qürur hissi duyduğunu bildirmişdir.

Valideynlər adından danışan Azad Əliyev kursantları təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Mərasim kursant və məzunların təntənəli marş keçidi ilə yekunlaşmışdır.

Digər məlumatlar

FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17 sentyabr 2018-ci il tarixində məzun buraxılışı və “Bilik günü”nə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanla görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 13 sentyabr 2018-ci il tarixində İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi və UNİCEF-in təşkilatçılığı ilə konfrans keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və UNİCEF-in təşkilatçılığı ilə 13 sentyabr 2018-ci il tarixində “Fövqəladə hallara uşaq yönümlü hazırlıq və cavab tədbirləri sahəsində potensialın artırılması” mövzusunda konfrans keçirilmişdir....

Ardını oxu