Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanla görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 13 sentyabr 2018-ci il tarixində İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edərək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə İsrail Müdafiə Nazirliyi Fövqəladə Halların İdarə Edilməsi Milli Agentliyinin səmərəli əməkdaşlığından danışmışdır.  Nazir iki dövlət arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq, bu istiqamətdə gələcəkdə birgə təlimlərin keçirilməsinin əhəmiyyətini qeyd etmişdir.

İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman səmimi qəbula görə təşəkkürünü bildirmiş, hər iki ölkə arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətindəki əməkdaşlığın əhəmiyyətindən danışmışdır. Nazir bu sahədə mövcud əlaqələrin daha da dərinləşdirilməsinin mühümlüyünü vurğulamışdır.

Sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirimiş “Xəzər-2017” beynəlxalq təlimindən bəhs edən video-çarx nümayiş olunmuşdur.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi də aparılmışdır.

Digər məlumatlar

FHN Akademiyasına sənəd qəbulu 8-19 iyul 2020-ci il tarixlərində məsafədən davam etdiriləcək

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olmaq istəyən namizədlər aşağıda qeyd olunan sənədləri pdf formatında 8-19 iyul 2020-ci il tarixlərində sqk@fhn.gov.az elektron ünvanına göndərməklə namizəd kimi qeydə alınacaqlar......

Ardını oxu

Koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb. ...

Ardını oxu