Geri

Fövqəladə Hallar Nazirliyi və UNİCEF-in təşkilatçılığı ilə konfrans keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və UNİCEF-in təşkilatçılığı ilə 13 sentyabr 2018-ci il tarixində “Fövqəladə hallara uşaq yönümlü hazırlıq və cavab tədbirləri sahəsində potensialın artırılması” mövzusunda konfrans keçirilmişdir. Konfransda fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbərinin müavini Min Yuan, Fövqəladə Hallar, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Qırımızı Aypara Cəmiyyətinin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun məsul əməkdaşları, BMT-nin, BMT İnkişaf Proqramının, UNİCEF-in, Ümümdünya Səhiyyə Təşkilatının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Beynəlxalq Kənd Təsərrüfatı və Qida Fondunun, digər nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər.

Konfransın açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini Faiq Tağı-zadə bildirmişdir ki, FHN yarandığı gündən fəlakətlərə hazırlıq və cavab tədbirləri üzrə potensialın artırılması və bu mənada uşaq yönümlü fəaliyyətlərə xüsusi diqqət ayırmşdır. Nazirlik qeyd olunan sahələr üzrə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq  etmiş və BMT-nin Uşaq Fondu ilə birgə təşkil olunmuş bu tədbir də sözügedən fəaliyyətin bariz nümunəsi sayıla bilər. Nazir müavini konfrans iştirakçılarına müvəffəqiyyət arzulamışdır.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan BMT-nin Azərbaycan hökuməti ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulamış və Fövqəladə Hallar Nazirliyinin fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına yönəlik layihələrini dəstəklədiyini diqqətə çatdırmşdır.  O, bu tədbirin uşaqları fövqəladə hadisələrə hazırlamaq baxımından böyük əhəmiyyət daşıdığını bildirmiş, digər nazirliklərin də belə layihələrə qoşulacağına ümidvar olduğunu söyləmişdir.  

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva fövqəladə hallar zamanı düzgün davranış qaydalarının vətəndaşlara uşaqlıqdan aşılanmasının vacibliyini bildirmiş, uşaqların maarifləndirilməsi, fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması istiqamətində görülmüş işlərdən danışmışdır.

Konfransda FHN-in təşkilatçılığı ilə keçirilmiş “Gənc xilasedici” beynəlxalq yarışlarına həsr edilmiş film nümayiş olunmuşdur.

Sonra konfrans çərçivəsində  mövzuya dair sessiyalar keçirilmişdir. Sessiyalarda fövqəladə hallara uşaq yönümlü hazırlıq və cavab tədbirləri sahəsində potensialın artırılmasına dair çıxışlar dinlənilmiş, səmərəli fikir mübadiləsi aparılmışdr.

Konfransın sonunda UNİCEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Min Yuan və FHN İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini Məhbubə Mustafayevə tədbir iştirakçılarına təşəkkür etmiş, gələcəkdə də sözügedən məsələylə bağlı layihələrin reallaşdırılması istiqamətinə səmərəli əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduqlarını bildirmişlər.

Digər məlumatlar

FHN-ə işə qəbulla əlaqədar müsabiqədə iştirak etmiş vətəndaşların nəzərinə!

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar 16-18 aprel 2019-cu il tarixlərində nazirliyin Gəncə Regional Mərkəzinin əhatə etdiyi rayonlar üzrə Gəncə şəhərində, Şimal-qərb Regional Mərkəzinin əhatə etdiyi rayonlar üzrə Qəbələ şəhərində... ...

Ardını oxu

FHN matros-xilasedici vəzifəsinə müsabiqə elan edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir. ...

Ardını oxu

FHN işə qəbulla əlaqədar növbəti müsabiqə elan edir (Video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə davam edir. ...

Ardını oxu