Geri

Fövqəladə Hallar Nazirliyində Bakı şəhərinin Baş Planı ilə bağlı müzakirələr aparılmışdır

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində Bakı şəhərinin Baş Planının müzakirəsi məqsədilə görüş keçirilmişdir. Görüşdə fövqəladə hallar nazirinin müavinləri  - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə,  general-leytenant Ragim Lətifov, Orucəli Hacıyev, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Anar Quliyev, "The Boston Consulting Group" şirkətinin ekspertləri və Nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxləri iştirak etmişlər.

Görüşdə Bakı şəhərinin Baş Planının hazırlanması prosesinin beynəlxalq standartlara uyğun təşkil edilməsi istiqamətində hərtərəfli işin aparıldığı bildirilmiş, bu sənədin hazırlanması və reallaşdırılmasında müvafiq dövlət qurumları, eyni zamanda Fövqəladə Hallar Nazirliyi ilə koordinasiyalı fəaliyyətin vacibliyi diqqətə çatdırılmışdlır. Müzakirələrdə, həmçinin tikintidə təhlükəsizlik normalarına və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasının, ümumiyyətlə əhalinin fövqəladə hadisələrdən mühafizəsinin əhəmiyyətindən söz açılmışdır.

Görüşdə sözügedən məsələlər ətrafında fikir mübadiləsi aparılmış, mövcud əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətlərinin birgə məlumatı

29 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video-Foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, qonşu Gürcüstanla sərhəddə... ...

Ardını oxu