Geri

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi “TENİZ-2018” beynəlxalq kompleks təlimində iştirak edir

2 avqust 2018-ci il tarixində Qazaxıstan Respublikasının Mangistau vilayətində “TENİZ-2018” beynəlxalq kompleks təlimi başlamışdır. “Xəzər dənizi akvatoriyasında, o cümlədən Xəzəryanı ölkələrdə təbii və texnogen qəzaların nəticələrinin aradan qaldırılması zamanı Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və İranın xilasetmə qüvvələrinin fəaliyyətinin təşkili” mövzusunda keçirilən təlimdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin şəxsi heyəti (ümumilikdə 32 nəfər) və texnikası, o cümlədən “İveco” markalı səyyar kimyəvi laboratoriya avtomobili, “Mersedec Sprinter” markalı xüsusi təyinatlı xilasetmə avtomobili, “Toyota Land Cruiser” markalı “Qərargah-rabitə” avtomobili və “BE-200 ÇS” amfibiya təyyarəsi iştirak edir.

Beynəlxalq təlim 3 avqust 2018-ci il tarixində Mangistau vilayətinin sahil hissəsində və Xəzər dənizi akvatoriyasında davam etdiriləcəkdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətlərinin birgə məlumatı

29 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video-Foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, qonşu Gürcüstanla sərhəddə... ...

Ardını oxu