Geri

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Avqustun 10-da axşam saatlarından başlayaraq avqustun 11-də səhər saatlarınadək Respublikanın bəzi şimal-qərb rayonlarında fasilələrlə yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala və Balakən rayonlarında bəzi ərazilərin subasmaya məruz qalması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən Rayon İcra Hakimiyyətlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Zaqatala rayonunun Vöhtala kəndi ərazisində köməksiz vəziyyətdə qalmış 28 nəfər Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin köməkliyi ilə Aviasiya dəstəsinin "Mi-17" helikopterində təhlükəsiz əraziyə köçürülmüşdür. Eyni zamanda, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və müvafiq texnikası hadisə rayonlarında suçəkmə işlərinə cəlb olunmuşdur. Yağıntıların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Video-Foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, qonşu Gürcüstanla sərhəddə... ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən qonşu Rusiya Federasiyası... ...

Ardını oxu

FHN Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait köçürüb....

Ardını oxu