Geri

Quba rayonunda "Quba Palace Hotel”də baş vermiş bədbəxt hadisə ilə bağlı

Kütləvi informasiya vasitələrində Quba rayonunda "Quba Palace Hotel”də kanat yolunun qırılması nəticəsində kanatda olanların ölməsi və xəsarət alması barədə xəbərlər yayılmışdır.

İlkin araşdırmalar zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyasının "SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb.

Hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.

Hadisə ilə bağlı aidiyyatı orqanlar tərəfindən araşdırmalar aparılır. 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olmuşdur.   ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülmüşdür. Əlavə məlumat veriləcək....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.  ...

Ardını oxu