Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin cərəyan transformatorunda baş vermiş qəza ilə bağlı Mingəçevir şəhərində səfərdə olmuşdur

İyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda baş vermiş qəza nəticəsində Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranmışdır. Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində elektrik enerjisi ilə təminat əsasən bərpa olunmuşdur.

Baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin 3 iyul tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradılmışdır.

Dövlət Komissiyasının üzvü, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iyulun 3-ü və 4-də Mingəçevir şəhərində səfərdə omuşdur. Nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələrinin və “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin rəhbər şəxslərinin iştirakı ilə sıradan çıxmış cərəyan transformatorunun hazırkı vəziyyəti ilə tanış olmuş, aparılan təmir-bərpa işlərini yaxından izləmişdir. Problemin qısa zamanda tam həll olunmasının vacibliyini diqqətə çatdıran nazir yaranmış vəziyyətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətində olduğunu xüsusilə vurğulamışdır. Nazir Kəmaləddin Heydərov təmir-bərpa işlərinin operativ şəkildə həyata keçirilməsi üçün aidiyyatı qurumların nümayəndələrinə müvafiq tapşırıqlar vermişdir.

Digər məlumatlar

FHN Şirvan şəhərində taktiki-xüsusi təlim keçirəcək

15-16 noyabr 2018-ci il tarixlərində Şirvan şəhərində, Şirvan və Cənub İstilik Elektrik Stansiyalarının ərazisində “Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlimi keçiriləcək....

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov BMT-nin Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun rəhbərliyi ilə görüşmüşdür

Azərbaycan Respublikasının Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 5 noyabr 2018-ci il tarixində BMT-nin Humanitar məsələlərin Əlaqələndirmə Ofisinin... ...

Ardını oxu

“İNSARAG – 2018 xilasetmə dəstələrinin idarə edilməsi kursu”nun açılışı olmuşdur

5 noyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında BMT-nin Humanitar məsələlərin Əlaqələndirmə Ofisinin Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun (İNSARAG) təşkilatçılığı və Azərbaycan FHN-in dəstəyi ilə “İNSARAG – 2018 xilasetmə dəstələrinin  idarə edilməsi kursu”nun açılış mərsimi keçirilmişdir. ...

Ardını oxu