Geri

Fövqəladə Hallar Nazirliyində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının nümayəndə heyəti ilə görüş keçirilmişdir

Fövqəladə Hallar Nazirliyində 3 iyul 2018-ci il tarixində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadj As Sinin rəhbərlik etdiyi  nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Görüşdə fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, Beynəlxalq Federasiyanın Avropa Regionu üzrə direktoru Simon Missiri, İsveçrə Konfederasiyasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yaninda daimi nümayəndəsi, səfir Vaqif Sadıqov, FHN-in, Beynəlxalq Federasiyanın və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  məsul şəxsləri iştirak etmişlər.

Qonaqları səmimi salamlayan fövqəladə hallar nazirinin müavini Faiq Tağı-zadə FHN-in fəaliyyətindən danışmış, görülmüş işlər, gələcək planlar barədə ətraflı məlumat vermişdir. O, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının yardımlarını minnətdarlıqla xatırlatmış, yüksək səviyyəli əməkdaşlıqdan məmnun olduğunu qeyd etmişdir.

Səmimi qəbula görə təşəkkürünü bildirən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadj As Si  Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması işinə məsul olan bir qurumla təmsil etdiyi beynəlxaq təşkilat arasında səmərəli əməkdaşlığın əhəmiyyətindən söz açmışdır.

Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Azərbaycanda təbii fəlakətlərin aradan qaldırılması sahəsində FHN-lə rəhbərlik etdiyi qurum arasında yüksək səviyyəli əməkdaşlığın olduğunu qeyd etmişdir.

Görüşdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə Fövqəladə Hallar Nazirliyi arasında gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılmış, həmçinin fəlakətlər zamanı qarşılıqlı fəaliyyətin təşkili, zərərçəkmişlərə psixoloji dəstək göstərilməsi və eyni zamanda humanitar yardım sahəsində birgə əməkdaşlığa dair  məsələlərdən də söz açılmışdır. Həmçinin gələcəkdə birgə təlimlərin keçirilməsinin, müştərək maarifləndirici proqramların reallaşdırılmasının vacibliyi də diqqətə çatdırılmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi taktiki-xüsusi təlim keçirmişdir

Fövqəladə Hallar Nazirliyi 15-16 noyabr 2018-ci il tarixində Şirvan şəhərində, Şirvan və Cənub İstilik Elektrik Stansiyalarının ərazisində “Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi keçirmişdir....

Ardını oxu

FHN Şirvan şəhərində taktiki-xüsusi təlim keçirəcək

15-16 noyabr 2018-ci il tarixlərində Şirvan şəhərində, Şirvan və Cənub İstilik Elektrik Stansiyalarının ərazisində “Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlimi keçiriləcək....

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov BMT-nin Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun rəhbərliyi ilə görüşmüşdür

Azərbaycan Respublikasının Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 5 noyabr 2018-ci il tarixində BMT-nin Humanitar məsələlərin Əlaqələndirmə Ofisinin... ...

Ardını oxu