Geri

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olmuşdur.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb edilmişdir.

Yanğının yüksəkgərginlikli elektrik hava xətlərinin yaxınlığında baş verməsi yanğının söndürülməsində çətinliklər yaratmışdır. Yanğın sürətlə geniş ərazilərə yayıldığından qonşu rayonlardan da Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) canlı qüvvə və texnikası, Mülkü Müdafiə Qoşunlarının (MMQ) müvafiq qüvvələri, Aviasiya dəstəsinin “Be-200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunmuşdur.

Yanğının söndürülməsinə 15 texnika, 80 nəfər canlı qüvvə cəlb edilmişdir.

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində qısa müddətdə bu istiqamətdə yanğının yüksəkgərginlikli elektrik hava xətlərinə yaxınlaşmasının qarşısı alınmışdır.

Yanğın nəticəsində 400 ha sahədə biçilmiş taxıl sahəsi, quru ot və kol-kos yanmışdır.

Yanğın saat 21:03-də söndürülmüşdür.

Yanğından yaxınlıqdakı əkin sahələri və digər ərazilər mühafizə olunmuşdur.

Yanğınsöndürmə işlərinə Ağsu rayonu İcra Hakimiyyətinin müvafiq qüvvələri və yerli əhali də cəlb edilmişdir.

DYMX-nın yanğın bölmələri və MMQ-nın müvafiq qüvvələri tərəfindən ərazidə növbətçilik aparılır.

Digər məlumatlar

Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün EVDƏ QALın (Video)

Ölkəmizdə koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, məlum olduğu kimi, aprel ayının 20-nə kimi ölkədə xüsusi karantin rejimi tətbiq edilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə......

Ardını oxu

FHN koronavirus təhlükəsi ilə bağlı fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir (Video)

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. ...

Ardını oxu