Geri

Respublikanın şimal-qərbində baş vermiş zəlzələ ilə əlaqədar fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zaqatala rayonuna səfər etmişdir

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 05.06.2018-ci il tarixində yerli vaxtla saat 22:40 dəqiqədə Zaqatala rayonu ərazisində 16 km dərinlikdə 5.5 maqnituda zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olununmuşdur.

İlkin məlumatlara əsasən, dağıntılar yoxdur. Bəzi köhnə tikililərdə çatlar yaranmışdır.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin digər rəhbər şəxsləri vəziyyətlə yerində tanış olmaq üçün Zaqatala rayonuna səfər etmişlər.

Digər məlumatlar

FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsi beynəlxalq təlimdə uğurla iştirak etmişdir

8-11 oktyabr  2018-ci il tarixlərində Serbiya Respublikasının Mladenovac və Aranjelovaç şəhərlərində Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Avro-Atlantik Fəlakətlərin İdarəolunması Mərkəzinin... ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur

Oktyabrın 13-də Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov  Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur. Nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olmuş, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir.​...

Ardını oxu

Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı 10 oktyabr 2018-ci il tarixində FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsində Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirmişdir. ...

Ardını oxu