Geri

Fövqəladə Hallar Nazirliyi və "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi"nin mütəxəssisləri Göyçay çayında gursululuğun artması nəticəsində qəzalı vəziyyətə düşən körpüyə ilkin baxış keçirmişlər

01 və 02 iyun 2018-ci il tarixlərində Respublikanın bəzi dağlıq ərazilərində yağan yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi artmışdır. Göyçay çayında yaranmış gursululuq nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində ümumi uzunluğu 76,2 m olan metal körpünün Bakı istiqamətində olan və yolla birləşən hissəsi - sol kənar konusu (təqribən 6 m uzunluqda) və piyada körpüsü dağılmışdır. 

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi"nin mütəxəssisləri körpüyə visual texniki baxış keçirmişlər. İlkin baxış zamanı müəyyən olunmuşdur ki, körpü yanında çay yamaclarının və körpünün kənar dayaqlarının yuyulmasının qarşısını almaq üçün tikilən su tənzimləyici qurğu yuyularaq dağılmış, sel sularının sürətini azaltmaq üçün tikilən barraj divarının da bir hissəsi yuyulmuşdur. Bu isə yolun qəza vəziyyətinə düşməsinə və müvəqqəti bağlanmasına  səbəb olmuşdur.

Mütəxəssislərin fikrinə görə körpünün əsas yükdaşıyan konstruksiyaları ciddi deformasiyaya məruz qalmamışdır. Körpünün dayaqları dərinliyi 14 m olan svay özüllər üzərində inşa edilmişdir. Sel suları zəiflədikdən sonra körpüyə yenidən texniki baxış keçirilərək, onun dayanıqlığı barədə tam qərar veriləcəkdir. 

Hazırda Fövqəladə Hallar Nazirliyinin, "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi"nin və Göyçay Rayon İcra Hakimiyyətinin mütəxəssisləri tərəfindən çay üzərindən alternative körpünün salınması üçün təkliflər hazırlanır. 

Hələlik Göyçay rayon mərkəzinə getmək üçün alternativ yol olaraq Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə Dövlət sərhədi yolundan keçməklə Göyçay-Ucar və Göyçay-Bərgüşad yollarından istifadə etmək tövsiyə olunur.

Digər məlumatlar

Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifovun rəhbərlik etdiyi nümayəndə heyəti Fəlakət Risklərinin Azaldılması üzrə Qlobal Platformanın işində iştirak edib

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Ragim Lətifovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 13-17 may 2019-cu il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmiş Fəlakət Risklərinin Azaldılması üzrə Qlobal Platformanın işində iştirak edib. Platformanın gündəliyi “Dayanıqlığın Dividendləri: Dayanıqlı və Əhatəli Cəmiyyətlərə Doğru” mövzusua həsr olunub. ...

Ardını oxu

FHN Sumqayıt şəhəri və Bakı şəhərinin Qaradağ rayonu üzrə işə qəbulla əlaqədar müsabiqə elan edir

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri və Bakı şəhərinin Qaradağ rayonu üzrə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. ...

Ardını oxu

FHN Şirvan şəhəri üzrə işə qəbulla əlaqədar əlavə müsabiqə elan edir

Fövqəladə Hallar Nazirliyi Şirvan şəhəri üzrə boş qalmış sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar əlavə müsabiqə elan edir. ...

Ardını oxu