Geri

FHN işçilərinin Həmkarlar İttifaqı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirmişdir

23 may 2018-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, general-leytenant Etibar Mirzəyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxsləri, qurumlarda fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak etmişlər.

Dövlət himni səsləndikdən sonra, tədbiri giriş nitqi ilə açan FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər salmışdır. Qeyd etmişdir ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv etmiş, bütün vətəndaşların hüquq bərabərliyi təmin olunmuş, qadınlara kişilərlə bərabər seçki hüququ vermiş, ölkənin sərhədləri müəyyənləşdirilmiş, bayrağı qəbul olunmuş, himni və gerbi hazırlanmışdır. Natiq vurğulamışdır ki, Azərbaycanın bolşevik işğalı nəticəsində endirilmiş və bir də 1990-cı ildə istiqlal mübarizəsi meydanlarında görünən üçrəngli bayrağımız yalnız ulu öndər Heydər Əliyevin Vətən təəssübkeşliyi və sevgisi sayəsində yenidən dövlət bayrağı kimi dalğalanmağa başlamışdır. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileyləri haqqında verdiyi məlum sərəncamları isə Cümhuriyyətin tariximizdəki mövqeyinə verilən böyük dəyərin real nümunəsidir.

Daha sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxış edərək Cümhuriyyətin 100 illiyi ilə bağlı fikirlərini bildirmiş, bu əlamətdar tarixin əhəmiyyətindən danışmışdır.   

Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti zamanında əsası qoyulan müstəqillik, dövlətçilik ənənələri Ümummilli Liderin dərin zəkası, uzaqgörən siyasəti sayəsində davam etdirilmiş və nəticədə 20-ci əsrin sonlarında ölkəmiz beynəlxalq aləmdə müstəqil, suveren dövlət kimi təşəkkül tapmışdır. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsinə dair sərəncamı isə dövlətçilik ənənələrimizə, tariximizə, milli kimliyimizə diqqətin bariz nümunəsidir. E.Mirzəyev qeyd etmişdir ki, Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir. Bu hadisə təkcə dövlət quruculuğunu əks etdirmir, həm də Şərqdə ilk demokratik dövlətinin məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir.

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən həmkarlar ittifaqına yaxından göstərdikləri diqqət və qayğıya görə Fövqəladə Hallar Nazirliyi Aparatının bir qrup Baş İdarə və idarə rəisləri, bir sıra qurum və regional mərkəzi rəisləri, həmçinin nazirliyin aparatı və qurumlarında çalışan, vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş 100 nəfər əməkdaş fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Daha sonra tədbir konsert proqramı ilə davam etmişdir. Konsert proqramında Azərbaycanın gənc istedadlı musiqiçisi dirijor Cavad Tağı-Zadənin və Xəzər Univerisitetinin professoru Zülfiyyə Sadıqovanın bədii rəhbərliyi ilə Xəzər Universiteti Kamera Orkestrinin Azərbaycan bəstəkarlarının bəstələrindən ibarət əsərləri dinlənilmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Video-Foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, qonşu Gürcüstanla sərhəddə... ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən qonşu Rusiya Federasiyası... ...

Ardını oxu

FHN Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait köçürüb....

Ardını oxu