Geri

Fövqəladə Hallar Nazirliyində hərbi attaşelərlə görüş keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində  20 aprel 2018-ci il tairixində ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi attaşeləri ilə görüş keçirilmişdir.

Görüşdə ABŞ, Rusiya, Çin, Türkiyə, Böyük Britaniya, İtaliya, İran, Belarus, Bolqarıstan, Çexiya, Qazaxıstan, Ukrayna, Macarıstan səfirliklərinin hərbi attaşeləri iştirak etmişlər.

Qonaqları səmimi salamlayan fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə Nazirliyin fəaliyyət istiqamətləri, iş prinsipləri, strukturu və qurumları, ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı gördüyü işlər barədə ətraflı məlumat vermişdir. FHN-in beynəlxalq təşkilatlar və xarici ölkələrin müvafiq qurumları ilə yüksək səviyyəli əməkdaşlıq etdiyini vurğulayan F. Tağı-zadə Prezident İlham Əliyevin göstərişi ilə təbii fəlakətlərlə üzləşmiş bir çox dövlətlərə, o cümlədən Rusiya, Türkiyə və İsrailə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində hərtərəfli köməklik göstərildiyini, bəzi ölkələrə isə humanitar yardımlar çatdırıldığını bildirmişdir.

Sonra qonaqlar  3 noyabr  2017-ci il tarixində Azərbaycan Respublikasının

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə keçirilmiş “Xəzər-2017” beynəlxalq təlimindən bəhs edən videoçarxı izləmişlər.

Görüşdə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini kapitan Əsmər Salamova Mərkəzin fəaliyyətinə dair təqdimatla çıxış etmişdir.

Toplantıda FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi polkovnik Adil Abdullayev qonaqlara Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

FHN Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli hərbi attaşelərə təşəkkürünü bildirmiş, müvafiq əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əmin olduğunu söyləmişdir.

Tədbirdə attaşelərin sualları cavablandırılmış, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Görüşün sonunda Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Bakı şəhərindəki Assosiasiyası adından Fövqəladə Hallar Nazirliyinə xatirə hədiyyəsi təqdim edilmişdir. 

 

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gəncə şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  25 yanvar 2019-cu il tarixində Gəncə şəhərində, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığına əsasən, Abşeron yarımadası, Xəzər dənizi Akvatoriyasında və respublikamızın rayonlarında......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun Mətbuat xidmətlərinin MƏLUMATI

Yanvarın 9-da saat 03 radələrində paytaxtın Yasamal rayonu, Tolstoy küçəsi, ev 40-da yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olmuşdur....

Ardını oxu