Geri

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən Kəmaləddin Heydərov Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən general-polkovnik Kəmaləddin Heydərov aprelin 19-da Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür.

Qonaqları səmimiyyətlə salamlayan general-polkovnik Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Atom Enerjisi Agentliyi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırmış, bir sıra mühüm əhəmiyyətli layihələrlə bağlı görülmüş birgə fəaliyyətin əhəmiyyətini vurğulamışdır. O, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında mövcud münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyindən danışmışdır. 

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano səmimi qəbula görə təşəkkürünü bildirərək birgə uğurlu layihələrin həyata keçirilməsindən məmnun olduğunu qeyd etmiş, gələcək əməkdaşlığın daha da genişlənidirlməsinin əhəmiyyətindən söz açmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə......

Ardını oxu

FHN koronavirus təhlükəsi ilə bağlı fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir (Video)

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir....

Ardını oxu