Geri

Fövqəladə Hallar Nazirliyində "İnşaatçılar Günü" münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə “10 aprel - İnşaatçılar Günü” münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Ragim Lətifov iştirak etmişlər.

Əvvəlcə, mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.

Dövlət himninin səslənməsi ilə başlanan tədbiri açıq elan edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 dekabr 2009-cu il tarixli Sərəncamı ilə aprel ayının 10-un inşaatçıların peşə bayramı günü kimi qeyd olunması bu sektorda çalışan şəxslərin əməyinə dövlət səviyyəsində verilən yüksək qiymətdir. O, Fövqəladə Hallar Nazirliyinin sözügedən sahədə çalışan əməkdaşlarının da ölkədə gedən  tikinti-abadlıq işlərinə xüsusi töhfə verdiklərini vurğulayaraq onları peşə bayramı münasibətilə təbrik etmişdir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Lətifov dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən genişmiqyaslı və sürətli islahatların tikinti sahəsinə də sirayət etdiyini, nəticədə ölkəmizdə tikinti-abadlıq, quruculuq işlərinin geniş vüsət aldığını, şəhər və kəndlərimizin simasının ildən-ilə gözəlləşdiyini, misilsiz memarlıq incilərinin yaradıldığını diqqətə çatdırmış, bu işlərin reallaşdırılmasında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşlarının da böyük zəhmətinin olduğunu bildirmişdir. O, Agentlik əməkdaşlarının təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işində göstərdikləri xidmətləri yüksək qiymətləndirmişdir.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamızda tikinti sektorunun sürətli inkişafından danışmış, milli memarlıq nümunələrinin yaradılmasından söz açmışdır. Qeyd etmişdir ki, inşaat-memarlıq sənətinin incəliklərini dərindən bilən Heydər Əliyev inşaatçıların əməyini daima yüksək qiymətləndirmişdir. Vurğulamışdır ki, ümummilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində hazırda tikinti kompleksinin inkişafında yüksək dinamizm müşahidə olunur. Vətən qarşısında böyük xidmətləri olan digər görkəmli inşaatçılarımızla yanaşı, Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssislərinin də tikinti sahəsində dövlət siyasətinin həyata keçirilməsində aktiv iştirak etdiyini vurğulayan natiq agentliyin əməkdaşlarını təbrik edərək uğurlar arzulamışdır. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov ölkəmizdə aparılan tikinti-quruculuq, bərpa-abadlıq işlərində FHN-in aidiyyəti qurumlarının da böyük payı olduğunu diqqətə çatdırmış, tədbir iştirakçılarını peşə bayramı münasibətilə təbrik etmişdir.

Toplantıda FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları Xəlil Osmanov və Dilarə Qasımova da çıxış edərək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.

Tədbirdə "İnşaatçılar Günü" münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının İcraiyyə Komitəsi tərəfindən Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində çalışan yubiley yaşları tamam olan və vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusilə fərqlənmiş əməkdaşlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.

Bundan əlavə, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 25 illik yubileyi” döş nişanı ilə, daha üç əməkdaş isə fəxri fərmanla təltif edilmişdir.

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Gəncə şəhərində vətəndaşların qəbulunun tarixi dəyişmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  21 dekabr 2018-ci il tarixində Gəncə şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişdirilərək 25 yanvar 2019-cu il tarixinə təyin edilmişdir....

Ardını oxu

Nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin milli günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak etmişdir

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin milli günü münasibətilə dekabrın 17-də Qətər Dövlətinin ölkəmizdəki səfirliyi tərəfindən təşkil edilmiş rəsmi qəbulda iştirak etmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü və işçilərinin peşə bayramı münasibətilə 15 dekabr 2018-ci il tarixində Kollegiya iclası keçirilmişdir. ...

Ardını oxu