Geri

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın növbəti ekspert görüşü keçirilmişdir

15 fevral 2018-ci il tarixində Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hər iki tərəfdən olan nümayəndə heyətinin iştirakı ilə növbəti ekspert görüşü keçirilmişdir. Görüşdə Komissiyanın 2017-ci ildə Bakı şəhərində baş tutmuş 1-ci iclasının yekunlarına dair Protokolun icra vəziyyəti, iqtisadi, ticari və texniki sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilmiş və bu əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanmışdır. Görüş zamanı, həmçinin hər iki ölkənin müvafiq qurum nümayəndələri arasında gələcək əməkdaşlığın prioritetlərinə dair ikitərəfli fikir mübadiləsi aparılmış və Komissiyanın növbəti iclasının təşkilinə dair məsələlər müzakirə edilmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə......

Ardını oxu

FHN koronavirus təhlükəsi ilə bağlı fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir (Video)

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir....

Ardını oxu