Geri

FHN-in İdman-Sağlamlıq Mərkəzində ilin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir

28 dekabr 2018-ci ildə Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində ilin yekunlarına həsr olunmuş görüş və yığıncaq keçirilmişdir.

Görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş  idman tədbirlərində fəal iştirak etmiş, mükafat qazanmış Nazirliyin struktur  qurumlarının rəhbərləri və Beynəlxalq miqyaslı tədbirlərdə, o cümlədən Avropa, Dünya çempionatları və turnirlərdə yüksək nəticələr göstərmiş idmançı-əməkdaşlar iştirak etmişdir.

Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin iştirak etdiyi tədbirdə əvvəlcə Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir.

Daha sonra nazir müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə çıxış edərək, Mərkəzin işini yüksək qiymətləndirmiş, kollektivə uğurlar, idmançı-əməkdaşlara yeni ildə yeni idman zirvələrini fəth etməyi arzulamışdır.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov İdman Sağlamlıq Mərkəzinin kollektivini il ərzində qazandıqları nailiyyətlərə görə təbrik edərək, uğurlar arzulamışlar.

Daha sonra 2018-ci ilin idman tədbirlərinin yekununa əsasən fəxri yerləri tutmuş qurumlar İSM-nin təsis etdiyi müvafiq dərəcəli diplom və kuboklarla, Beynəlxalq miqyaslı yarışlarda nəticələr göstərmiş idmançı-əməkdaşlar isə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Həmçinin qurum rəhbərlərinə qazanılan yüksək nəticələrə və idmançılarına göstərdikləri dəstəyə görə fəxri fərmanlar təqdim edilmişdir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığına əsasən, Abşeron yarımadası, Xəzər dənizi Akvatoriyasında və respublikamızın rayonlarında gözlənilən təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin və qəzaların vaxtında aşkarlanaraq......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun Mətbuat xidmətlərinin MƏLUMATI

Yanvarın 9-da saat 03 radələrində paytaxtın Yasamal rayonu, Tolstoy küçəsi, ev 40-da yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olmuşdur....

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2019-cu il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu