Geri

“Fövqəladə hallar uşaqların gözü ilə” VIII Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir

Dekabrın 20-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında FHN-in, Təhsil Nazirliyinin birgə təşkilatçılığı və FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda məktəblilər arasında keçirilmiş VIII Respublika Uşaq Yaradıcılıq Müsabiqəsi qaliblərinin sərgisi açılmışdır.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə təşkil olunmuş müsabiqənin məqsədi uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi və mədəniyyətinin formalaşdırılması, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi olmuşdur.

Sərginin açılışında fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbərinin müavini Min Yuan, FHN-in müvafiq strukturlarının rəhbərləri, KİV-in və ictimaiyyətin nümayəndələri, valideynlər iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin FHN-in Akademiyasının həyətindəki abidəsi önünə gül dəstələri qoymuş, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad etmişlər.

Sonra iştirakçılar sərgi ilə tanış olmuşlar. Ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdikləri respublika uşaq yaradıcılıq müsabiqəsinə sentyabrın 25-dən start verilmişdir. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilmişdir. Təşkilat komitəsinə rayon və şəhər müsabiqələrinin yekunları üzrə 498 rəsm, 250 plakat, 222 əl işi, 149 yanğın və qəza-xilasetmə texnikasının modeli və 215 yumşaq oyuncaq təqdim olunmuşdur. Müsabiqəyə təqdim olunmuş işlər FHN, Təhsil Nazirliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyənləşdirilmişdir. Birinci yerə 29, ikinci yerə 38, üçüncü yerə 38 nəfər layiq görülmüş, 43 nəfərə isə həvəsləndirici diplomlar təqdim edilmişdir.

Sərgiyə baxışdan sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Qaliblərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Mükafatları fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, gənclər və idman nazirinin müavini İntiqam Babayev, UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbərinin müavini Min Yuan, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və digər şəxslər təqdim etmişlər. Tədbir bədii hissə ilə davam etdirilmişdir. Qeyd edək ki, sərgi dekabrın 25-dək davam edəcəkdir.

Digər məlumatlar

Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün EVDƏ QALın (Video)

Ölkəmizdə koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, məlum olduğu kimi, aprel ayının 20-nə kimi ölkədə xüsusi karantin rejimi tətbiq edilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə......

Ardını oxu

FHN koronavirus təhlükəsi ilə bağlı fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir (Video)

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. ...

Ardını oxu