Geri

“İNSARAG – 2018 xilasetmə dəstələrinin idarə edilməsi kursu”nun açılışı olmuşdur

5 noyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında BMT-nin Humanitar məsələlərin Əlaqələndirmə Ofisinin Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun (İNSARAG) təşkilatçılığı və Azərbaycan FHN-in dəstəyi ilə “İNSARAG – 2018 xilasetmə dəstələrinin  idarə edilməsi kursu”nun açılış mərsimi keçirilmişdir.

Tədbirdə Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, BMT-nin Humanitar məsələlərin Əlaqələndirmə Ofisinin Fövqəladə vəziyyətlərdə cavablandırma mərkəzinin və İNSARAG Katibliyinin rəhbəri Rudolf Müller, İNSARAG-ın Avropa, Afrika və Yaxın Şərq üzrə əlaqələndiricisi Olqa Prorovskaya, xarici ekspertlər, təlimatçılar və FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin əməkdaşları iştirak etmişdir.

Açılış məsimdəki çıxışlarda qeyd olunmuşdur ki, kursun keçirilməsində əsas məqsəd tədbirə cəlb ounmuş ABŞ, Rusiya, Belarus, Finlandiya, Pakistan, Türkiyə, Estoniya, İsveçrə və Ukraynadan olan ekspertlərin iştirakı ilə bu ölkələrin təmsil olunduqları regionları əhatə edən axtarış-xilasetmə dəstələrinin üzvlərinin bilik və bacarıqlarının artırılmasından ibarətdir. Beş gün davam edəcək kursun yekununda xüsusi tərtib olunmuş masaüstü simulyasiya təlimi keçiriləcək və sonda iştirakçılara BMT-nin UCC standartına uyğun olan beynəlxalq sertifikat veriləcəkdir.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təşkil olunan “İNSARAG – 2018 xilasetmə dəstələrinin idarə edilməsi kursu”nun açılışından sonra qonaqlar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Digər məlumatlar

FHN Şirvan şəhərində taktiki-xüsusi təlim keçirəcək

15-16 noyabr 2018-ci il tarixlərində Şirvan şəhərində, Şirvan və Cənub İstilik Elektrik Stansiyalarının ərazisində “Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlimi keçiriləcək....

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov BMT-nin Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun rəhbərliyi ilə görüşmüşdür

Azərbaycan Respublikasının Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 5 noyabr 2018-ci il tarixində BMT-nin Humanitar məsələlərin Əlaqələndirmə Ofisinin... ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji qrupunun ANAMA-da təlim keçmiş bir qrup əməkdaşına sertifikatlar təqdim olunmuşdur

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində (XRXX) 2 noyabr 2018-ci il tarixində Xidmətin Kinoloji qrupunun Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) təlim keçmiş bir qrup əməkdaşına sertifikatların təqdim olunması mərasimi keçirilmişdir. ...

Ardını oxu