Geri

Fövqəladə Hallar Nazirliyi taktiki-xüsusi təlim keçirmişdir

Fövqəladə Hallar Nazirliyi 15-16 noyabr 2018-ci il tarixində Şirvan şəhərində, Şirvan və Cənub İstilik Elektrik Stansiyalarının ərazisində “Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi keçirmişdir. Təlimdə Fövqəladə Hallar Nazirliyinin qurumlarının, regionda yerləşən struktur bölmələrinin, habelə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının qüvvələri iştirak etmişdir. Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, komandir-rəis heyətinin fövqəladə hal nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, təkliflərin hazırlanması, müvafiq qərarların qəbul edilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində təcrübələrinin daha da artırılması, şəxsi heyətin icra hakimiyyəti orqanlarının qüvvələri ilə birgə fəaliyyətdə xilasetmə, yanğınsöndürmə, eləcədə nəqliyyat və texnogen qəzaların nəticələrinin aradan qaldırılması sahələrində fəaliyyətinin təkmilləşdirilməsindən ibarət olmuşdur.

İlk olaraq təlim rəhbəri Fövqəladə Hallar Nazirinin müavini general-leytenant Etibar Mirzəyev təlimdən öncə keçirilən iclasda öz tapşırıqlarını vermişdir. Daha sonra təlimə start verilmişdir.

Şərti olaraq 15 noyabr 2018-ci il tarixində saat 09:00-da episentri Şirvan şəhərindən 25 km şimal-şərqdə 6,8 bal gücündə zəlzələ baş vermişdir. Zəlzələnin gücü Şirvan və Cənub İstilik Elektrik Stansiyalarının ərazisində 6.5 bal gücündə qeydə alınmışdır. Fövqəladə Hallar Nazirliyinə daxil olmuş ilkin məlumatlara əsasən Şirvan İstilik Elektrik Stansiyasının Yanacaq nəqliyyat sahəsində 5000 tonluq çənlərinə gedən yanacaq borularında  baş vermiş  qəza yanğına səbəb olmuşdur. Yanğının artaraq 20000 tonluq cənlərə keçmə təhlükəsi yaranmışdır. Yanğının baş verməsi nəticəsində yaranmış qatı tüstü səbəbindən görmə şəraiti məhdudlaşmış, xilasetmə əməliyyatlarının həyata keçirilməsində çətinliklər yaranmışdır. Qəza nəticəsində ərazilərin neft məhsulları ilə çirklənmə təhlükəsi olduğu bildirilir. Hacıqəhramanlı qəsəbəsində əhali arasında zəhərlənənlərin olduğu bildirilmişdir.

Təlimin plana uyğun olaraq birinci mərhələsində şərti olaraq baş vermiş təbii fəlakət nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, əhalinin fövqəladə hadisə və davranış qaydaları barədə məlumatlandırılması, növbətçi qüvvələr cəlb edilməklə hadisəyə çevik reaksiya verilməsinin təşkili, əsas  qüvvə və vasitələrin hazır vəziyyətə gətirilməsi, kəşfiyyat, axtarış-xilasetmə, idarəetmə və qarşılıqlı fəaliyyətin, kimyəvi və yanğın-partlayış təhlükəli obyektlərdə baş vermiş qəzalar, avtomobil və dəmir yol nəqliyyatı qəzaları zamanı insanların xilas edilməsi  təşkili üzrə tədbirlərin yerinə yetirilməsi, ikinci mərhələdə zərərçəkənlərin ilkin həyat təminatının təşkili, obyektlərin və yol infrastrukturunun normal iş şəraitinə qaytarılması sahəsində tədbirlərin həyata keçirilməsi əməliyyatları uğurla yerinə yetirilmişdir. Həmçinin, Hacıqəhramanlı qəsəbəsinin 500 sakini hadisə rayonunda təhlükəsizlik ərazilərdə quraşdırılmış çadır şəhərciyinə köçürülmüşdür. 

Təlimdə ümümilikdə FHN-in 300 nəfər şəxsi heyəti, 52 avtomobil, 4 qayıq, 1 helikopter və 1 ədəd BE-200 ÇS amfibiya təyyarəsi, həmçinin, rayon mülki müdafiə qüvvələrinin (ərazi xilasetmə qüvvələri) 150 nəfər şəxsi heyəti və 36 texnikası, habelə Azərbaycan Dəmir Yolları QSC-nin Hacıqabul və Salyan yanğından mühafizə qatarları da iştirak etmişdir.

Digər məlumatlar

Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün EVDƏ QALın (Video)

Ölkəmizdə koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, məlum olduğu kimi, aprel ayının 20-nə kimi ölkədə xüsusi karantin rejimi tətbiq edilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə......

Ardını oxu

FHN koronavirus təhlükəsi ilə bağlı fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir (Video)

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. ...

Ardını oxu