Geri

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Qətər Dövlətinə səfərə getmişdir

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti Qətər Dövlətinin Baş naziri, Daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Taninin dəvəti ilə Qətər Dövlətinə səfərə getmişdir.

Səfər çərçivəsində nümayəndə heyəti Qətər Dövlətinin əmiri, əlahəzrət Şeyx Təmim bin Həməd Əl Taninin himayəsi altında Doha şəhərində keçirilən "Millipol Qətər-2018" daxili təhlükəsizlik sərgisi ilə tanış olmuşdur. Tədbirdə, həmçinin Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini polis general-leytenantı Oruc Zalov da iştirak etmişdir.

Səfər çərçivəsində fövqəladə hallar nazirinin müavini E. Mirzəyev Qətər Dövləti Baş İctimai Təhlükəsizliyin direktoru Saad bin Al Xulafi və Mülki Müdafiənin baş direktoru Abdullah Mohammad Al Suvadi ilə görüşlər keçirmişdir. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmiş, gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, 29 oktyabrda açılan sərgi bu ayın 31-i başa çatacaqdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Bildiririk ki, 5 dekabr 2019-cu il tarixində Ağsu şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 10 ünvanında qeydiyyatda olan, lakin hazırda Bakı şəhərində yaşayan Rəşad Firidun oğlu Cahangirov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, M.Müşfiq küçəsi, 501-ci məhəllədə yerləşən inzibati binasının qarşısına gələrək özünü yandırmağa cəhd......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video)

2 dekabr 2019-cu il tarixində Gürcüstan Daxili İşlər Nazirliyindən Qardabani rayonunda Azərbaycanla həmsərhəd ərazidə yerləşən Candargöl gölündə itkin düşən iki nəfər Gürcüstan vətəndaşının axtarışları üçün... ...

Ardını oxu

Bibiheybət yolunda baş vermiş sürüşmə ilə əlaqədar əraziyə baxış keçirilib

Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və nazirliyin aidiyyəti vəzifəli şəxsləri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov... ...

Ardını oxu