Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Horadiz şəhərində vətəndaşları qəbul etmişdir

1 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Horadiz şəhərində Füzuli, Beyləqan, Ağcabədi və Xocavənd rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 15 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 70, digər məsələlərlə bağlı müraciət etmiş 24 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunmuşdur.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Bildiririk ki, 5 dekabr 2019-cu il tarixində Ağsu şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 10 ünvanında qeydiyyatda olan, lakin hazırda Bakı şəhərində yaşayan Rəşad Firidun oğlu Cahangirov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, M.Müşfiq küçəsi, 501-ci məhəllədə yerləşən inzibati binasının qarşısına gələrək özünü yandırmağa cəhd......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video)

2 dekabr 2019-cu il tarixində Gürcüstan Daxili İşlər Nazirliyindən Qardabani rayonunda Azərbaycanla həmsərhəd ərazidə yerləşən Candargöl gölündə itkin düşən iki nəfər Gürcüstan vətəndaşının axtarışları üçün... ...

Ardını oxu

Bibiheybət yolunda baş vermiş sürüşmə ilə əlaqədar əraziyə baxış keçirilib

Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və nazirliyin aidiyyəti vəzifəli şəxsləri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov... ...

Ardını oxu