Geri

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 12-də davam etmişdir

Əməliyyatda Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən ibarət könüllü dəstələr iştirak etmişdir.

Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılmış, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilmişdir.

Axtarış-xilasetmə işləri mürəkkəb relyefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2700-3000 m yüksəklikdə) aparılır. 

Əlavə məlumat veriləcək. 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətlərinin birgə məlumatı

29 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video-Foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, qonşu Gürcüstanla sərhəddə... ...

Ardını oxu