Geri

Azərbaycanın Rohingya müsəlmanlarına göndərdiyi humanitar yardım ünvana çatdırılmışdır (VİDEO+FOTO)

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən sentyabrın 8-də axşam saatlarında 100 ton humanitar yardım göndərilmişdir.

“SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilmış gündəlik tələbat malları və ərzaq məhsullarından ibarət humanitar yardım sentyabrın 9-u Dəkkə Həzrət Şahcəlal Beynəlxalq aeraportunda Banqladeş hökümətinin nümayəndələrinə təhvil verilmişdir.

 

Digər məlumatlar

“Mübarizlər” yarışı keçiriləcək

23 sentyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Təlim-tədris mərkəzində Milli Olimpiya Komitəsi, Fövqəladə Hallar Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi və “Events Management Azerbaijan” şirkətinin təşkilatçılığı ilə beynəlxalq səviyyəli ekstremal idman yarışı olan “Hero League” - “Mübarizlər” yarışı keçiriləcəkdir....

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanı, aviasiya marşalı Sohail Amanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov sentyabrın 20-də Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanı, aviasiya marşalı Sohail Amanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür....

Ardını oxu

FHN “Alov qüllələri” kompleksində xüsusi taktiki təlim keçirəcəkdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti 2017-ci il sentyabrın 18-də saat 15:00-da Bakı şəhərində “Alov qüllələri” kompleksində “İnsanların təxliyyəsi və baş vermiş hadisəyə müdaxilənin düzgün təşkili” mövzusunda xüsusi taktiki təlim keçirəcəkdir....

Ardını oxu