Geri

Azərbaycanın Rohingya müsəlmanlarına göndərdiyi humanitar yardım ünvana çatdırılmışdır (VİDEO+FOTO)

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən sentyabrın 8-də axşam saatlarında 100 ton humanitar yardım göndərilmişdir.

“SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilmış gündəlik tələbat malları və ərzaq məhsullarından ibarət humanitar yardım sentyabrın 9-u Dəkkə Həzrət Şahcəlal Beynəlxalq aeraportunda Banqladeş hökümətinin nümayəndələrinə təhvil verilmişdir.

 

Digər məlumatlar

FHN-in Akademiyasında BƏƏ Milli Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüş keçirilmişdir

22 noyabr 2017-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Milli Müdafiə Kollecinin bir qrup yüksək rütbəli tələbə heyəti ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında görüş keçirilmişdir. ...

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zərdab şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  24 noyabr 2017-ci il tarixində Zərdab şəhərində, Zərdab Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 16 noyabr 2017-ci il tarixində Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. ...

Ardını oxu