Geri

Xarici İşlər və Fövqəladə Hallar Nazirliklərinin birgə məlumatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən 100 ton humanitar yardım göndərilmişdir.

Humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilib.

Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.

 

Digər məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanı, aviasiya marşalı Sohail Amanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov sentyabrın 20-də Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanı, aviasiya marşalı Sohail Amanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür....

Ardını oxu

FHN “Alov qüllələri” kompleksində xüsusi taktiki təlim keçirəcəkdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti 2017-ci il sentyabrın 18-də saat 15:00-da Bakı şəhərində “Alov qüllələri” kompleksində “İnsanların təxliyyəsi və baş vermiş hadisəyə müdaxilənin düzgün təşkili” mövzusunda xüsusi taktiki təlim keçirəcəkdir....

Ardını oxu

FHN-in Akademiyasında “Bilik günü” münasibətilə tədbir keçirilmişdir

15 sentyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Bilik günü” münasibətilə tədbir keçirilmişdir. ...

Ardını oxu