Geri

Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi üzrə növbəti əməliyyat müşavirəsi keçirilmişdir (VİDEO+FOTO)

Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi ilə əlaqədar sentyabrın 6-da axşam saatlarında rayonun Dandıx kəndinin ərazisində yaradılmış qərargahda növbəti əməliyyat müşavirəsi keçirilmişdir. Qərargahın rəhbəri, fövqəaladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə keçirilən müşavirədə nazirliyin, Qəbələ rayon icra hakimiyyətinin rəhbər şəxsləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak etmişdir.

Müşavirədə çıxış edən nazir müavini Etibar Mirzəyev görülmüş operativ tədbirlər nəticəsində Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik və hündür dağlıq ərazilərdə baş vermiş yanğınların tam nəzarətə alındığını və hazırda yanğınsöndürmə işlərinin əsasən, bəzi çətin relyefə malik ərazilərdəki kiçik közərmə (tüstüləmə) sahələrində aparıldığını bildirmişdir. Qeyd etmişdir ki, qərargahda təmsil olunan aidiyyəti dövlət qurumlarının birgə və səmərəli fəaliyyəti nəticəsində baş vermiş yanğınların ciddi fəsadlar törətməsinin qarşısı vaxtında alınmış, alovun yaşayış məntəqələrinə keçməsinə yol verilməmişdir. Müşavirədə hazırda bir neçə sahədə quru ağac və kötüklərdə qeydə alınmış közərmələrin (tüstüləmənin) torpaqlama vasitəsilə söndürülməsinin mühümlüyü vurğulanmışdır. Qərargahın rəhbəri hazırda yanğınsöndürmə əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin 630 nəfər şəxsi heyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 250 nəfər canlı qüvvəsinin, 30 polis əməkdaşının və 2 təcili tibbi yardım briqadasının iştirak etdiyini bildirmişdir. O, həmçinin yanğnsöndürmə əməliyyatlarına və ərazilərdə fasiləsiz olaraq növbə çəkilməsinə ümumilikdə 100-ə yaxın texnikanın cəlb olunduğunu vurğulamışdır.

Müşavirədə qarşıda duran digər məsələlər də müzakirə edilmişdir.

Digər məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Siyəzən şəhərində vətəndaşların qəbulunun vaxtı dəyişmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 22 iyun 2018-cı il tarixində Siyəzən şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişmişdir. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcəkdir....

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Siyəzən şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  22 iyun 2018-ci il tarixində Siyəzən şəhərində, Siyəzən Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində görüş keçirmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində 14 iyun 2018-ci il tairixində ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-leytenant Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. ...

Ardını oxu