Geri

Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi üzrə əməliyyat müşavirəsi keçirilmişdir (VİDEO+FOTO)

Sentyabrın 4-də Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi ilə əlaqədar rayonun Dandıx kəndinin ərazisində yaradılmış qərargahda əməliyyat müşavirəsi keçirilmişdir. Əməliyyat müşavirəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, nazirliyin rəhbər şəxsləri, Qəbələ rayon icra hakimiyyətinin başçısı, aidiyyəti dövlət qurumlarının və rayonunun hüquq mühafizə orqanlarının nümayəndələri iştirak etmişdir.

Əməliyyat müşavirəsində qərargahın rəhbəri, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev məruzə ilə çıxış edərək bildirmişdir ki, hazırda yanğınların söndürülməsi işləri üç istiqamətdə - Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə aparılır. Görülən operativ tədbirlər nəticəsində yanğın nəzarət altına alınmışdır. Abrıx kəndi yaxınlığındakı dağın meşə massivində yanğının söndürülməsi məqsədilə zirvəyə doğru 9 kilometr uzunluğunda yollar açılmış və texnikanın hərəkətinə şərait yaradılmışdır. Yanğının ətraf kəndlərə və yaşayış məntəqələrinə keçməməsi üçün bütün zəruri tədbirlər görülür. Yanğınsöndürmə avtomobilləri ərazilərdə fasiləsiz olaraq növbə çəkir. E.Mirzəyev məlumat vermişdir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən, Mülki müdafiə qoşunlarından, Xüsusi Riskli Xilasetmə Xidmətindən, Aviasiya dəstəsindən və Şimal-qərb Regional Mərkəzindən, ümumilikdə, 520 nəfər şəxsi heyət, 36 ədəd texnika və 1 ədəd yanğınsöndürmə helikopteri yanğının söndürülməsinə cəlb olunmuşdur. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin 200 nəfər canlı qüvvəsi, Rayon İcra Hakimiyyətinin 19 ədəd müxtəliftəyinatlı texnikası, 30 nəfər polis əməkdaşı və 2 təcili tibbi yardım avtomobili və yaxın yaşayış məntəqələrinin əhalisindən ibarət könüllü dəstələr yanğının söndürülməsi işlərində iştirak edirlər.

Əməliyyat müşavirəsinin sonunda fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov yanğının tez bir zamanda söndürülməsi məqsədilə müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Nazir Kəmaləddin Heydərov yanğın bölgəsində Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin şəxsi heyətinin sayının 630-a, texnikanın sayının isə 51-ə çatdırılması barədə göstəriş vermişdir. Eyni zamanda rayonun hüquq mühafizə orqanları nümayəndələrinə baş vermiş yanğın hadisələrinin araşdırılması üçün zəruri tədbirlər görmələrinin vacibliyini diqqətə çatdırmışdır.

 

Digər məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Siyəzən şəhərində vətəndaşların qəbulunun vaxtı dəyişmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 22 iyun 2018-cı il tarixində Siyəzən şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişmişdir. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcəkdir....

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Siyəzən şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  22 iyun 2018-ci il tarixində Siyəzən şəhərində, Siyəzən Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində görüş keçirmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində 14 iyun 2018-ci il tairixində ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-leytenant Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. ...

Ardını oxu