Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Samux şəhərində vətəndaşları qəbul etmişdir

29 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Samux şəhərində Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının və Gəncə şəhərinin sakinlərinin, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 16 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 90, digər məsələlərlə bağlı müraciət etmiş 62 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunmuşdur.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən alınıb. Hazırda bəzi xırda tüstülənmə mənbələrinin tam söndürülməsi işləri həyata keçirilir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir....

Ardını oxu