Geri

FHN-in Akademiyasında “Bilik günü” münasibətilə tədbir keçirilmişdir

15 sentyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Bilik günü” münasibətilə tədbir keçirilmişdir.

Tədbirdən əvvəl Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyev və görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş, Şəhidlər Xiyabanında uyuyan Vətən oğul və qızlarının məzarları üzərinə gül-çiçək dəstələri düzmüşlər.

Sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Bilik günü” münasibətilə geniş tədbir keçirilmişdir. Akademiyanın rəisi general-mayor Pənah Süleymanov tədbir iştirakçılarını “Bilik günü” münasibətilə təbrik edərək tədbiri açıq elan etmişdir.

Sonra Azərbaycan Respublikasının Dövlət himni səslənmiş, Dövlət bayrağı meydana gətirilmişdir. İlkin hərbi hazırlığı başa vurmuş kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içmişlər.

Mərasimdə iştirak edən fövqəladə hallar nazirinin müavini -  tibb xidməti general-leytenantı Faiq Tağı-zadə kursant və məzunları, onların ailələrini FHN rəhbərliyi adından təbrik etmişdir. Qeyd etmişdir ki, hərbi and içərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarına daxil olan kursantlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrinə həmişə hazır olmalı, Vətənimizi və bayrağımızı göz-bəbəkləri kimi qorumalıdırlar. O da bildirilmişdir ki, FHN-in gələcək əməkdaşları olacaq Akademiya kursantları və məzunlar insanların təhlükəsizliyini təmin etmək kimi müqəddəs və şərəfli bir missiyanın öhdəsindən bacarıqla gəlməlidirlər.

Akademiyanın rəisi general-mayor Pənah Süleymanov da kursantları təbrik etmiş, Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından ətraflı bəhs edərək onlara uğurlar arzulamışdır.

Daha sonra fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Akademiyanın 2017-ci il məzunlarına “leytenant” hərbi və xüsusi rütbələrinin verildiyi diqqətə çatdırılmış və məzunlara ali təhsil ocağını bitirmələri barədə diplomlar təqdim edilmişdir.

Akademiyanı əla qiymətlərlə bitirmiş məzun Elnur Həbibzadə xatirə lövhəsini simvolik “Yaş kötüyü”nə vurmuşdur.

Valideynlər adından çıxış edən Mehman Həmidov da  kursantları təbrik etmişdir.

FHN Akademiyasına yüksək - 562 balla qəbul olunmuş Məqsəd Alxaszadə kursantlar adından çıxış edərək FHN Akademiyasında  təhsil alacağından fəxrlə bəhs etmişdir.

Mərasim kursant və məzunların təntənəli marş keçidi ilə yekunlaşmışdır.

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şabran şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  27 oktyabr 2017-ci il tarixində Şabran şəhərində, Şabran Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir

12 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 4-də ölkəmizdə səfərdə olan İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür....

Ardını oxu