Geri

Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin məlumatı

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə avqustun 5-də saat 19:55 radələrində İmişli rayonundakı Çaxırlı kəndi ərazisində kanalda çimərkən 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oktay oğlunun batması haqqında məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən 5 nəfər dalğıc-xilasedici və 2 texnika cəlb edilmişdir. Belə ki, vətəndaşın cəsədi avqustun 7-də hadisə yerindən 50 kilometr aralıda aşkar edilərək aidiyyəti üzrə təhvil verilmişdir.  

Hadisə ilə bağlı bəzi kütləvi informasiya vasitələrində xilasedicilərin axtarış işləri üçün guya zərərçəkmişin ailəsindən 5000 manat pul tələb etməsi haqqında əsassız iddialar yer almışdır.

Bildiririk ki, Fövqəladə Hallar Nazirliyinin Daxili təhlükəsizlik Baş idarəsi tərəfindən bununla bağlı aparılan araşdırma, həmçinin batan şəxsin ailə üzvləri ilə söhbətlər zamanı sözügedən iddia təsdiqini tapmamışdır.  

Fövqəladə Hallar Nazirliyi bir daha kütləvi informasiya vasitələrinə müraciət edir ki, nazirliyin fəaliyyəti ilə bağlı informasiya yaymazdan əvvəl FHN-in mətbuat xidməti ilə dəqiqləşdirmə aparsınlar. 

Digər məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Siyəzən şəhərində vətəndaşların qəbulunun vaxtı dəyişmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 22 iyun 2018-cı il tarixində Siyəzən şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişmişdir. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcəkdir....

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Siyəzən şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  22 iyun 2018-ci il tarixində Siyəzən şəhərində, Siyəzən Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində görüş keçirmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində 14 iyun 2018-ci il tairixində ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-leytenant Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. ...

Ardını oxu