Geri

FHN Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərmişdir

Gürcüstan Hökumətinin müraciətinə əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaheti regionunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərmişdir.

Fövqəladə Hallar Nazirlyinin Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri avqustun 30-da havaya qalxmış və yaxın saatlarda qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcəkdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə fəaliyyətini davam etdirir.  ...

Ardını oxu

FHN tərəfindən dezinfeksiya işləri davam etdirilir (Video-Foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı cənab İlham Əliyevin göstərişi əsasında kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə fəaliyyətini davam etdirir. ...

Ardını oxu

Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün EVDƏ QALın (Video)

Ölkəmizdə koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, məlum olduğu kimi, aprel ayının 20-nə kimi ölkədə xüsusi karantin rejimi tətbiq edilir. ...

Ardını oxu