Geri

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisindəki N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş yanğının söndürülməsi davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların dəstəyi ilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş vermiş yanğının söndürülməsi davam etdirilir. Yanğın baş verən ərazidə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvələri və müvafiq texnikaları fəailiyyət göstərir. Ərazidə davam edən ayrı-ayrı yanğın ocaqlarının söndürülməsi üçün dəmiryolu xətti ilə 240 tonluq daşınan su çəni gətirilmişdir. Eyni zamanda yanğınsöndürən avtomobillər və helikopter vasitəsilə də yanğının söndürülməsi işləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin canlı qüvvələri və müvafiq texnikaları tərəfindən ətrafa səpələnmiş sursatların yığılıb məhv edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

 

Digər məlumatlar

Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün EVDƏ QALın (Video)

Ölkəmizdə koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, məlum olduğu kimi, aprel ayının 20-nə kimi ölkədə xüsusi karantin rejimi tətbiq edilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə......

Ardını oxu

FHN koronavirus təhlükəsi ilə bağlı fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir (Video)

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. ...

Ardını oxu