Geri

Gürcüstanda baş vermiş meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş FHN-in yanğınsöndürmə-xilasetmə dəstəsinin ilk heyəti Vətənə dönmüşdür

Xəbər verildiyi kimi, avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə-xilasetmə dəstəsi ona həvalə olunmuş ərazilərdəki yanğın ocaqlarını söndürmüş və qarşıya qoyulan tapşırıqları operativ şəkildə layiqincə yerinə yetirmişdir.

Avqustun 26-da Gürcüstanın Borjomi-Xaraqulsk qorugunda baş vermiş meşə yanğınların söndürülməsində iştrak etmiş Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə-xilasetmə dəstəsində təmsil olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin 24 əməkdaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 2 helikopteri ilə axşam saatlarında geri dönmüşlər.

Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilmişdir.​

Digər məlumatlar

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın növbəti ekspert görüşü keçirilmişdir

15 fevral 2018-ci il tarixində Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hər iki tərəfdən olan nümayəndə heyətinin iştirakı ilə növbəti ekspert görüşü keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyində Gənclər Günü münasibətilə tədbir keçirilmişdir

2 fevral 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bayıl yamacındakı sürüşmə ərazisinə baxış keçirmişdir

Yanvarın 26-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı əraziyə baxış keçirmişdir......

Ardını oxu