Geri

FHN-in Gürcüstana ezam olunmuş qüvvələri onlara həvalə olunmuş sahədə yanğını söndürmüşlər

24 avqust 2017-ci il

FHN-in Gürcüstana ezam olunmuş qüvvələri onlara həvalə olunmuş sahədə yanğını söndürmüşlər. 

Gürcüstan Hökumətinin müraciətinə əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası onlara həvalə olunmuş Daba kəndi yaxınlığındakı yanğın ocaqlarını söndürmüşlər.

Hazırda FHN-in bölgəyə cəlb edilmiş qüvvələri onlara həvalə edilən digər yanğın ocaqlarının söndürülməsi istiqamətində yanğınsöndürmə əməliyyatlarını həyata keçirirlər.

Qeyd edək ki, təbii fəlakət zonasına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilmişdir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Avqustun 10-da axşam saatlarından başlayaraq avqustun 11-də səhər saatlarınadək Respublikanın bəzi şimal-qərb rayonlarında fasilələrlə yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala və Balakən rayonlarında bəzi ərazilərin subasmaya məruz qalması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən Rayon İcra Hakimiyyətlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyində Bakı şəhərinin Baş Planı ilə bağlı müzakirələr aparılmışdır

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində Bakı şəhərinin Baş Planının müzakirəsi məqsədilə görüş keçirilmişdir. Görüşdə fövqəladə hallar nazirinin müavinləri  - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə,  general-leytenant Ragim Lətifov, Orucəli Hacıyev, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Anar Quliyev, "The Boston Consulting Group" şirkətinin ekspertləri......

Ardını oxu

“TENİZ-2018” beynəlxalq kompleks təlimi başa çatmışdır (VIDEO)

Xəbər verdiyimiz kimi, Qazaxıstan Respublikasının Mangistau vilayətində start götürən və 2 gün davam edən “TENİZ-2018” beynəlxalq kompleks təlimi avqustun 3-də  sona çatmışdır ...

Ardını oxu