Geri

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gürcüstana ezam olunmuş qüvvələri yanğınsöndürmə əməliyyatlarını davam etdirir

Gürcüstan Hökumətinin müraciətinə əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə avqustun 22-də qonşu ölkəyə ezam olunmuş FHN-nin əməkdaşları yanğınsöndürmə işlərini davam etdirirlər. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası Gürcüstan hökuməti tərəfindən onlara həvalə olunmuş Daba kəndi yaxınlığındakı yanğın ocaqlarının söndürülməsi işlərini həyata keçirirlər. Bundan əlavə, FHN hadisə rayonuna ezam edilmiş xilasetmə dəstəsinin operativ və səmərələi fəaliyyətinin, gündəlik həyat təminatının və istirahətinin təmin edilməsindən ötrü səhra şəraiti üçün nəzərdə tutulmuş çadırlar qurulmuş və səyyar mətbəx quraşdırmışdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakət zonasına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilmişdir.
 

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şabran şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  27 oktyabr 2017-ci il tarixində Şabran şəhərində, Şabran Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir

12 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 4-də ölkəmizdə səfərdə olan İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür....

Ardını oxu